Güclü yağış Goranboyda da fəsad törədib

Bir neçə gündür yağan güclü yağış regionlarda da fəsadlar törədir.

“Yeniavaz.com”un məlumatına görə, Goranboyda yağan güclü yağış nəticəsində çay daşıb. Yağış sululuğu artıraraq daşqına səbəb olub. Goranboy ərazisindən axan çayın yaxınlığında olan 10 hektara yaxın pambıq sahəsi sel sularından məhv olub. Rayon sakini Sahib Xəlilov səhər saatlarında Goran qəsəbəsi yaxınlığında yerləşən sahəyə baxış keçirən zaman ərazinin lil palçığa büründüyünü görüb. Təsərrüfat sahibinin sözlərinə görə, hazırda pambıq çiçəklənmə dövrünə yaxınlaşdığından sel suları bitkiyə ciddi ziyan vurub.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top