Boksçumuz Avropa Çempionatının yarımfinalına çıxdı

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıları arasında azərbaycanlı boksçu da yer alacaq. Bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvündən yalnız biri döyüşünü qələbə ilə bitirərək yarımfinala çıxıb. Boksçu Kamran Şahsuvarlı (75 kq) Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle ilə qüvvəsini sınayıb. Boksçumuzun 4:1 hesabı ilə görüşü xeyrinə başa çatdırıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macar Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

DİGƏR XƏBƏRLƏR

Top