Rusiya əhalisinin 30 faizini müsəlmanlar təşkil edir


Rusiyada yaşayan əhalinin 42 faizi özünü pravoslav, 30 faizi müsəlman, 18 faizi isə ateist hesab edir. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Zoom Market agentliyi tərəfindən keçirilən federal sorğuda deyilir. Pravoslavların 57 faizi Samarada, 53 faizi Nijini Novqorod və Permdə, 49 faizi Novosibirskdə, 43 faizi Sankt-Peterburq və Krasnoyarskda, 41 faizi isə Voronejdə yaşayır. Müsəlmanlar isə ən çox Kazanda (72 faiz), Krasnodarda (43 faiz), Voronejdə (41 faiz) Yekaterinburqda, (29 faiz) Krasnoyarskda ( 28 faiz), Moskvada (21 faiz) və Novosibirskdə (18 faiz) yaşayır. Rusiyada katoliklərin sayı isə cəmisi 3 faiz təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top