Türkiyə Suriya ilə sərhəddə hərbi texnika toplayır

Türkiyə Silahlı Qüvvələri Suriyada YPG terror təşkilatının qolu olan PYD-nin nəzarətindəki Afrin bölgəsinin qarşısında yerləşən Kilis sərhəd bölgəsinə artilleriya qurğuları yığır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin qərb vilayətlərindən həmin bölgəyə “Fırtına” tipli özühərəkətedən haubitsalar və topçu batareyalar daşınıb. Ötən gün isə həmin bölgəyə tank birləşmələri, şəxsi heyəti daşıyan zirehli maşınlar, komando birlikləri daşınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top