Di Mariyaya 1 il həbs cəzası verildi

PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya 1 il həbs cəzasına və 2 milyon avro cəriməyə məhkum edilib. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, argentinalı futbolçu vergi fırıldaqçılığında günahını etiraf etdikdən sonra məhkəmə ona hökm oxuyub. 29 yaşlı oyunçu iki cinayət işi üzrə günahını etiraf edib. Bununla da, Di Mariya “Real” Madriddə çıxış edərkən İspaniya hökumətini 1,3 milyon avro məbləğində aldatmaqda təqsirkar bilinib. İspaniya qanunvericiliyinə əsasən, əgər cinayət ilk dəfə törədilərsə və həbs müddəti 2 ildən azdırsa, ittiham olunan şəxsin həbsxanaya yerləşdirilməsinə icazə verilməyə bilinər. Cinayətlərdə günahını etiraf edən Di Mariya İspaniya Ali Məhkəməsində araşdırmalardan xilas olub və 2 milyon avro həcmində cərimə ödəyəcək. Xatırladaq ki, Di Mariya 2010-2014-cü illərdə “Real”ın heyətində oynayıb, sonra “Mançester Yunayted”ə, ardınca isə 2015-ci ildə PSJ-yə keçib.

DİGƏR XƏBƏRLƏR

Top