Türk firması Moskvada “Mercedes”ə fabrik tikəcək

Türkiyənin “Esta Construction” şirkəti Moskvada Almaniyanın “Mercedes” avtomobillərinin istehsalı üçün fabrik tikəcək. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, türk firması fabrikin tikintisi ilə bağlı keçirilən tenderin qalibi olub. Fabrikin inşasının maliyyə dəyərinin 250 milyon avroyu keçəcəyi gözlənilir. “Esta Construction” artıq fabrikin təməlini atıb. Təməlatma mərasimində Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Moskva bölgəsinin qubernatoru Andrey Vorobyov, “Esta Construction”un İdarə heyətinin sədri Bahattin Demirbilek də iştirak ediblər. Fabrikin tikintisinin 18 ay ərzində başa çatması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top