Ermənistanın hər üç prezidenti Rusiyanın maraqlarını müdafiə ediblər

Ermənistanın hər üç prezidenti Rusiyanın xeyrinə Ermənistanın maraqlarına xəyanət ediblər. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, bu barədə "Vıxod" blokundan olan deputat Aram Sarkisyan parlamentdəki çıxşında deyib. Onun sözlərinə görə, ilk prezident Levon Ter-Petrosyan Ermənistanda Rusiya hərbi bazasının yerləşdirilməsinə razılıq verməklə eyni zamanda icarə haqqından da imtina etdi. Üstəlik o Rusiya hərbi bazasının xərclərinin də Ermənistanın ödəməsinə razılıq verdi: "Ermənistanın ikinci prezidenti Robert Koçaryan da borcun əvəzinə milli aktivlərimizi Rusiyaya verdi. Ermənistan bu müstəvidə müqavilədən irəli gələn öhdəliklərinə əməl etsə də, Rusiya öz üzərinə düşəni yerinə yetirmədi. Üçüncü prezident Serj Sarkisyan "Qazprom"la 2043-cü ilə kompaniyanın maraqlarına zərbə vuracaq hər hansı adım atmamaq şərti ilə anlaşma imzalamaqla Ermənistanın maraqlarını qarşı tərəfin xeyrinə güzəştə getdi. Əgər o belə bir anlaşma imzalamasaydı, onda biz İrandan ölkəmizə alternativ qaz kəməri çəkə bilərdik".

DİGƏR XƏBƏRLƏR

Top