Aeroporta Nazarbayevin adı verildi

Astana Beynəlxalq Hava Limanı bundan sonra Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı adlanacaq. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, aeroportun adının Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsi barədə qərarı hökumət verib. Müvafiq sərəncamı isə Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev imzalayıb. Sənəd rəsmi dərc edildiyi gün qüvvəyə minir.

Xatırladaq ki, 2016-cı ilin dekabrında N. Nazarbayevin portreti Qazaxıstanın ən iri pul əsginazı olan 10 min tengenin üzərində yerləşdirilib. 76 yaşlı N. Nazarbayev ölkənin müstəqillik əldə etdiyi 1991-ci ildən Prezident vəzifəsini tutur. 2010-cu ildə ona rəsmi şəkildə “Millətin lideri” titulu verilib.

DİGƏR XƏBƏRLƏR

Top