Bu ölkədə Ramazan bayramı ilə əlaqədar 23 gün qeyri-iş günü olacaq

Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləzizin tapşırığı ilə Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı ikinci dəfə artırılaraq 23-ə çatdırılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kralın göstərişi ilə iyunun 16-da başlayan Ramazan bayramı tətili iyulun 9-da başa çatacaq. Ölkədə dövlət məmurları və hərbi qurumlarda çalışan əməkdaşlar 23 günlük bayram tətilindən sonra iyulun 9-da yeni iş gününə başlayacaqlar. Kral Salman daha əvvəl Ramazan bayramı tətilinin müddətini 5 gün uzadaraq 16 günə çatdırmışdı. Qeyd edək ki, Ramazan və Qurban bayramlarında uzunmüddətli tətilə çıxan Səudiyyə Ərəbistanı vətəndaşları, bu iki bayramdan başqa yalnız 23 sentyabr tarixində keçirilən Milli Günlə əlaqədar 1 gün istirahət edirlər.

DİGƏR XƏBƏRLƏR

Top