Ermənistan rəhbərliyi AB ilə əməkdaşlıqdan imtina etmək üçün bəhanə axtarır

Ermənistanı idarə edənlər Avropa Birliyi (AB) ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsindəki sənədi imzalamamaq üçün qarşı tərəfə münasibətdə şantaj siyasətini həyata keçirirlər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə Birinci kanala açıqlamasında politoloq Stepan Safaryan deyib: "AB rəsmisi Svitalskinin ölkəni idarə edənlərin seçki siyasətini tənqid etməsinə Serj Sarkisyan və tərəfdarları sərt reaksiya verdilər. Nəticədə Svitalski Ermənistan hökuməti arzulamadığı halda AB-nin Yerevanla əməkdaşlıq etməyəcəyini bəyan etdi. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir. Onsuz da Ermənistanla AB arasında vəziyyət ürək açan deyildi. Ermənistanı idarə edənlər bu günə kimi AB ilə oyun qaydalarını öyrənə bilməyiblər. Onlar belə hesab edirlər ki, AB-dən islahatlar adı altında pul alacaqlar, əvəzində isə heç nə etməyəcəklər. Bunu Avropada da yaxşı başa düşürlər. Ötən dəfə buna görə AB Ermənistanı cəzalandırmaq istəmədi. Nəticədə Ermənistanın hakim dairələri yenə də AB-nin islahatlar üçün ayırdığı pulu təyinatı üzrə xərcləmədilər. Amma çətin ki, bundan sonra Avropa Birliyi Ermənistana güzəştə getsin. Bu isə Ermənistan rəhbərliy’ni qane edir. Çünki onlar AB ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində imzalanacaq anlaşmadan imtina üçün bəhanə axtarırlar".

DİGƏR XƏBƏRLƏR

Top