İlk kitabın təqdimatı

Ağdaş rayon Mərkəzi Kitabxanalar Sisteminin (MKS) təşkilatçılığı ilə Habil Əliyev adına Ağdaş Uşaq Musiqi məktəbində Cabir Həsənovun “Mən bir ömür yaşadım” adlı kitabının təqdimat gecəsi keçirilmişdir. Mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şairin kitabından şeirlər səsləndirildi. Tədbiri Mərkəzi Kitabxanalar Sisteminin drektoru Seyfəddin Feyzullayev açaraq C.Həsənovun yaradıcılığından söz açıb. O qeyd edib ki, Cabir Həsənov yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, zamanın bədii lirikasını canlandırmağa çalışır. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayon Mədəniyyət və Turizim şöbəsinin müdiri Tahir Əliyev,rayon Maliyyə idarəsinin rəisi Əhmədəli Hacıyev, rayon Ağsaqqalar şurasının sədri Rafiq Nəbiyev, və başqaları çıxış edərək Cabir Həsənovu fəlsəfi təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər. Çıxış edən qonaqlar C.Həsənovu təbrik edib ona yaradıcılıq uğurları arzulayıblar. Qeyd edək ki, C.Həsənov 05 dekabr 1978-ci ildə Ağdaş rayon Aşağı Ləki kəndində anadan olmuşdur. Orta təhsilini 1986-1996-cı illərdə H.Mustafayev adına Aşağı Ləki kənd tam orta məktbəində almış, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsini bitirmişdir. 2001-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra dövlət orqanlarında əmək fəaliyyətinə başlamışdır.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top