Dolların məzənnəsi niyə dəyişmir? Ekspert səbəbini açıqlayır

"Valyuta bazarında sabitliyin yaranmasının əsas səbəblərindən biri də ölkədən xaricə depozit və nağd valyuta formasında vəsaitlərin çıxışının kəskin azalmasıdı". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Rövşən Ağayev qeyd edib ki, 2015-ci ci ilin ilk 3 ayında bu maddə altında ölkədən təxminən 3,7 milyard dollar, 2016-cı ilin eyni dövründə 1,5 milyard dollar xarici vəsait çıxmışdı: "Özü də bu vəsaitlərin tamamının neft sektoruna bağlılığı yox idi. 2017-ci ilin 1-ci rübündə bu rəqəm 1,1 milyard dollardan bir qədər az olub və həmin vəsait əsasən neft sektoruna bağlı olub. Belə görünür ki, rəsmi kanallarla və leqal olaraq ölkədən kənara depozit və nağd valyuta çıxışı tam dayanıb".

DİGƏR XƏBƏRLƏR

Top