Sürücülüyə yararlı olmaq barədə tibbi arayış ləğv olunmalıdır

"Hesablamalar göstərir ki, tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manata çatır". "Yeniavaz.com" xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Qubad İbadoğlu qeyd edib ki, ABŞ-ın Şimalı Karolina ştatından ilk dəfə 2009-cu ildə sürücülük vəsiqəsi almaq üçün müraciət edəndə imtahana başlamamışdan əvvəl məni təəccübləndirən cəhətlərdən də biri də sağlamlıq durumunun yoxlanılması oldu: "O zaman elə imtahan götürülən otaqda sənədlərin qəbulundan sonra sadə tibbi yoxlamadan keçdim. Mikroskopa oxşar aparatdan baxanda gördüyüm rəqəmlər, hərflər və yol hərəkəti nişanlarını soruşulmaqla həm gözümün görmə və həm də qulağımın eşitmə qabliyyətini yerindəcə müəyyənləşdirildi. Bununla da sürücü üçün lazım olan sağlamlıq durumu dəyərləndirildi və biz sözlə bizdəki tibbi arayışı aldım.
Azərbaycanda isə sürücülük imtahanına getməmişdən əvvəl ayrıca "Sürücülüyə yararlı olmaq barədə tibbi arayış" tələb olunur. Bu arayışın froması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2016-c il tarixli 100 nömrəli əmri ilə təsdiq edilib." Bu arayışın verilməsi üçün qandan, sidikdən analiz vermək, kardioloji, endrokonoloji, qinekoloji (xanımlar üçün) müayinədən kecmək, göz, burun, boğaz, qular və sair orqanları yoxlamaq nəzərdə tutulub. Göüründüyü kimi, ABŞ-da yalnız gözün görmə və qulağın eşitmə qabliyyətinin imtahan götürülən yerdə yoxlanılması həyata keçriildiyi halda, Azərbaycanda sağlamlıq durumunun hərtərəfli dəyərləndirilməsi üçün xüsusi polikilinkalardan tibbi arayış gətirmək tələb olunur. Əlində bu o zaman faydalaı olardı ki, doğurdan da belə tibbi yoxlamalar ödənişsiz və həqiqətən həyata keçirilsin Amma, belə yoxlamalar formal xarakter daşıyır. Polikilinkalar bu arayışı yaşından və səhhətindən asılı olmayaraq istənilən şəxsə 35-50 manata "satırlar". Qiymət sövdələşmədən asılıdır.
Demək olar ki, hər gün anti-korrupsiya bəyanatları ilə çıxış edən hakimiyyətin belə klassık rüşvət formasını saxlamaqda marağı nədir? Məgər çox çətindirmi, korrupsiya mənbəyi olan bu cür mənasız yoxlamaları ləğv edib, sürücülük hüququ əldə etmək istəyənlərin yalnız eşitmə və görmə qabliyyətlərini yoxlanılsın və o da imtahan götürülən yerdə mərkəzləşdirilmiş qaydada həyata keçirilsin? Niyə etmirlər? Kim mane olur? Orda yığılan pulların hara getdiyini bilsəydik, bu sualları cavablandırmaq asan olardı.
Bildiyim qədər eyni problemlərlə abituriyentlər, tələbələr və hətta Universitetlərdə və digər təşkilatlarında işləyənlər də qarşılaşırlar. Onlar da bu rüşvət fonduna ildə ən azı bir dəfə sərmayə qoyurlar. Təqribi hesablamalara görə yalnız tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manatdan arasında dəyişir".

DİGƏR XƏBƏRLƏR

Top