Əfsanəvi investor: Qərb sistemi çökəcək

Bu ilin sonunda və ya gələn il tarixin ən böyük böhranı baş verəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu əfsanəvi amerikalı investor Cim Rocers deyib. Onun sözlərinə görə, ABŞ-dakı bəzi səhmlər bir şara çevrilir: “Şarlar formalaşır. Və sistem çökəcək. Bu səbəbdən Çinə köçdüm və uşaqlarım Çin dilini öyərnirlər. Dövlətlərin müflis olacağını müşahidə edəcəksiniz. Bu dəfə başqa ölkələr də batacaq. Qərb mədəniyyəti çökəcək. Həyatınız boyu yaşayacağınız ən böyük çöküş olacaq”.

C. Rocersin proqnozlarına əsasən, bu ilin sonunda və ya glən il qısa müddət ərzində bazarlarda böyük böhran olacaq: “2008-ci ildəki kimi böhran heç gözlənilməyən ölkədən qaynaqlanacaq. 2007-ci ildə İslandiya müflis oldu. Hər kəs təəccübləndi. Onların bazarı varmı ki? deyənlər oldu. Daha sonra İrlandiya və “Bear Streams” çökdü. Ardınca “Lehman Brothers” bu sıyahıya qoşuldu. ABŞ başda olmaqla dünyada borc miqdarı heç vaxt bu qədər pis vəziyyətdə olmayıb. 2008-ci il böhranında Çinin pis günlər üçün böyük ehtiyatı var idi. Çətin günlər gəldi və onlar da pullarını xərclədilər. Hazırda Çinin də borcu var”.

DİGƏR XƏBƏRLƏR

Top