Təmir edilməsi mümkünsüz olan ilk noutbuk

“Microsoft” korporasiyasının 2017-ci il mayın əvvəlində buraxdığı yeni “Surface Laptop” noutbuku təmirə yararlılıq üzrə ən aşağı qiyməti alıb. “Yeniavaz.com”un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, noutbukun araşdırılması ilə məşğul olan “iFixt”in mütəxəssisləri “Surface Laptop”a 10 ballıq şkala üzrə sıfır bal veriblər. “iFixt” smartfonlar, planşetlər və digər elektron qurğular üçün analoji reytinq tərtib edir. Ekspertlərin fikrincə, “Surface Laptop”u təmir etmək və ya sadəcə sökmək onu zədələmədən mümkün deyil. Məsələn, noutbukun yığılması üçün vintlərdən istifadə olunmayıb. Akkumlyator isə korpusa möhkəm bərkidilib. Bundan başqa, prosessor və operativ yaddaş ana plataya yapışdırılıb ki, buda noutbukun modernləşdirilməsini mümkünsüz edir.

DİGƏR XƏBƏRLƏR

Top