5, 53 və 65 nömrəli marşrut avtobusları gecə saat 02:00-dək işləyəcəklər

Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 23-25-də Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

BNA-dan verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.

"23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar saat 06:00-dan saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. BNA-nın müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb", - deyə məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top