Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatlılığı şəffaflıq baxımından "2"yə layiqdi..."


"2017-ci ilin birinci rübünün yekunlarına görə Azərbaycana daxil olan təxminən 7,5 milyard dollar valyuta vəsaitlərinin 72,5%-i neft-qaz sektoru vasitəsilə daxil olub. Cari əməliyyatlar hesabı çərçivəsində ölkəyə gələn 4,930 milyard dolların 3,361 milyard dolları (68,1%) neft sektorunun ixrac gəlirləridir". ". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, maliyyə hesabı çərçivəsində Azərbaycana gələn 2,654 milyard dolların 2,080 milyard dolları (78,2%) neft sektoruna yönəldilən sərmayələrdir: "3 ay ərzində neft sektoruna birbaşa investisiya formasında 1,6 milyard dollar, 955 milyon dolları portfel investisiya formasında, 491 milyon dolları kreditlər formasında daxil olub. Amma iş orasındadır ki, Azərbaycandan kənara çıxarılan təxminən 6,9 milyard dollar vəsaitin də əsas hissəsi (57,5%) neft-qaz sektoru vasitəsilə çıxıb. Cari hesablar çərçivəsində neft sektorunun valyuta ilə əməliyyatlarına 1,845 milyard dollar xərclənib. Bu vəsaitlərdən 273 milyon dolları neft sektorunun ehtiyacları üçün əmtəələrin, 977 milyon dollar xidmətlərin (əsasən tikinti) idxalına, 1,1 milyard dollar xarici neft şirkətlərinin investisiya və mənfəətinin repatriasiyasına, 453 milyon dollar birbaşa sərmayə formasında xaricdəki investisiya layihələrinə, 1,081 milyard dollar "depozitlər və nağd valyuta" maddəsi altında neft sektorunun ehtiyacları üçün sərf olunub.
Bu statistikada Mərkəzi Bankın aydınlıq gətirməli olduğu 2 mühüm informasiya var: ölkənin neft sektoruna daxil olan 955 milyob dollar portfel investisiyanın təyinatı və ölkədən neft sektorunun adına "depozitlər və nağd valyuta" maddəsi ilə ölkədən çıxan 1,081 milyard dollar vəsaitin çıxış məqsədi nədir? Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatlılığı şəffaflıq baxımından "2"yə layiqdi..."

DİGƏR XƏBƏRLƏR

Top