Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Zaqatala

DİGƏR XƏBƏRLƏR

Top