Ağcabədidə avtomobil körpüdən su kanalına düşüb VİDEO

Ağcabədidə minik maşını Qarabağ su kanalına düşüb.

Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetməni itirərək körpüdən aşıb və su kanalına düşüb.

Hadisə zamanı sürücü Məmmədov Seymur İnqilab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobil xüsusi texnika vasitəsi ilə su kanalından çıxarılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.Report

Agcabədi

DİGƏR XƏBƏRLƏR

Top