İnternet olmadan “WhatsApp”dan istifadə etmək üçün bunu edin

Bildiyimiz kimi “WhatsApp” messenceri internet vasitəsilə mesaj göndərmək imkanını təmin edir. “Yeniavaz.com”un “Haber3”ə istinadən verdiyi məlumata görə, son yenilənmə sayəsində Wi-Fi və ya mobil internet olmadan “WhatsApp”dan göndərilən mesajlar aktiv internetə qoşulanadək messencerdə qalır, daha sonra isə istifadəçiyə göndərilir. Ancaq alınan məlumata görə, internet olmadan da “WhatsApp”dan istifadə etmək mümkündür. “WhatsApp”dan internetsiz yararlanmaq üçün telefonun tənzimlənmə bölümündə bir sıra dəyişiklik etmək lazımdır. Qeyd edək ki, internetsiz “WhatsApp” hələlik yalnız “Android” əməliyyyat sistemi ilə çalışan cihazlarda keçərlidir. Bunun üçün aşağıdakıları etmək lazımdır:

  1. “Android” cihazında tənzimləmə>qoşulma>mobil şəbəkə bölümünə girin.
  2. Mobil şəbəkə bölümündən qoşulma nöqtəsinin adları xanasına daxil olun.
  3. Qoşulma nöqtəsinin adları ekranında sağ üst bölümdə yer alan “əlavə et” xanasına girin.
  4. Açılan ekrana aşağıdakı məlumatları əlavə edin

Ad: WhatsApp APN: internet Proxy: 127.0.0.01 Qoşulma nöqtəsi: 8080

  1. Bundan sonra profili yaddaşda saxlayın və qoşulma nöqtəsinin adları bölümündən “WhatsApp”ı seçin.

Bu əməliyyaytları həyata keçirdikdən sonra telefon 4G əlaqəsində qalmağa davam edir, ancaq GSM şirkəti internet sərfiyyatınızı sizə göstərmir. Normal tənzimlənməyə qayıtdıqdan sonra isə həmin dövrdə istifadə etdiyiniz internet sərfiyyatı sizə göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top