Rusiyada 17 Azərbaycan vətəndaşı qəzaya düşdü​

Azərbaycan vətəndaşları Rusiyanın Kalmıkiya respublikasında mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya hərəkət edən mikroavtbus “Komsomolskiy-Artezian” avtomobil yolunda çevrilib. Yol qəzası nəticəsində 11 nəfər xəstanaya yerləşdirilib. Onlardan 7-si uşaqdır. Ümulikdə avtobusda 17 nəfər olub və onların hamısı Azərbaycan vətəndaşıdır. Xəsarət alanların vəziyyəti ağır deyil.

DİGƏR XƏBƏRLƏR

Top