Mingəçevirdə iri gövdəli ağac avtomobilin üzərinə aşıb - FOTO

Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb. Hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib. Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb. Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərəkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top