Bakı-Qazax yolunda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun 330-cu kilometrliyində VAZ-2107 ilə “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə VAZ-da olan sərnişinlər - 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova və T. Məmmədovanın övladları - 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına, M. Məmmədova və T. Məmmədova isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top