Nobelçi alim: “Onkoloji xəstəliklərdən ölənlərin 30 faizi siqaret çəkənlərdir”

“Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir”. Bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar “Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib. Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb. A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: “Biz özümüz tütün əleyhinə geniş kompaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq”.Apa

DİGƏR XƏBƏRLƏR

Top