Beynəlxalq turnirdə Azərbaycan millisinin 9 boksçusu finala yüksəlib

Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb. 13 çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistanla Qazaxıstan hərəyə 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya hərəyə 1 idmançı ilə təmsil olunacaq. Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib. Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib.

46 kq
Yarımfinallar
Balaman Maksimov (Qırğızıstan) - Maqsud Xasmetov
Akiklbek Muxtarov (Qazaxıstan) - Luka Kublaşvili (Gürcüstan)

Final
Maqsud Xasmetov - Luka Kublaşvili (Gürcüstan)

48 kq
Yarımfinallar
Avdey Çarenko (Rusiya) - Sənan Əhmədov
Eltac Cəfərzadə - Rüfət Fətullayev

Final
Avdey Çarenko (Rusiya) - Rüfət Fətullayev

50 kq
Yarımfinallar
Kənan Abışov - Amid İbodullayev (Özbəkistan)
Kənan Səfiyev - Eldar Qoqlaşvili (Gürcüstan)

Final
Amid İbodullayev (Özbəkistan) - Eldar Qoqlaşvili (Gürcüstan)

52 kq
Yarımfinallar
Mamuka Abuladze (Gürcüstan) - Əhməd Rzayev
Əzrək Bəbirov - Biybaris Ceksen (Qazaxıstan)

Final
Mamuka Abulzade (Gürcüstan) – Əzrək Bəbirov

54 kq
Yarımfinallar
Ağasəlim Mustafazadə - Rəşid Həsənov
Aytcan Aşirxan (Qazaxıstan) - Hayrullo Alimatov (Özbəkistan)

Final
Ağasəlim Mustafazadə - Aytcan Aşirxan (Qazaxıstan)

57 kq
Yarımfinallar
Maksim Cubeylo (Ukrayna) - Elşən Cəbizadə
Qoqa Tsosonova (Gürcüstan) - Yavlonbek Yuldaşov (Özbəkistan)

Final
Elşən Cəbizadə - Yavlonbek Yuldaşov (Özbəkistan)

60 kq
Yarımfinallar
Samir Nəsirov - Lado Lomaya (Gürcüstan)
Nuradin Rustambek (Qırğızıstan) – Yuri Zaxareyev (Ukrayna)

Final
Lado Lomaya (Gürcüstan) - Nuradin Rustambek (Qırğızıstan)

63 kq
Yarımfinallar
Azamat Bektaş (Qazaxıstan) - Səlim Səlimov
İbrahim Cəfərzadə - Umar Kubaniçbek (Qırğızıstan)

Final
İbrahim Cəfərzadə - Azamat Bektaş (Qazaxıstan)

66 kq
Yarımfinallar
Bekbolat Abdukerim (Qazaxıstan) - Mikola Kovalenko (Ukrayna)
Dastan Onolbekov (Qırğızıstan) - Rüfət Nəbiyev

Final
Mikola Kovalenko (Ukrayna) - Rüfət Nəbiyev

70 kq
Yarımfinallar
Yusif Allahverdiyev - Cavid Qurbanov
Maksim Kofan (Ukrayna) - Erasil Yokpekov (Qazaxıstan)

Final
Erasil Yokpekov (Qazaxıstan) - Cavid Qurbanov

75 kq
Yarımfinallar
Maksut Kuandik (Qazaxıstan) - David Kojian (Macarıstan)
Madiyor Rejepov (Özbəkistan) - Murad Allahverdiyev

Final
David Kojian (Macarıstan) - Madiyar Rejepov (Özbəkistan)

80 kq
Yarımfinallar
Cəsur Yuldaşev (Özbəkistan) - Saqındık Tokalebay (Qazaxıstan)
Petro Bandusyak (Ukrayna) - İosif Çuniaşvili (Gürcüstan)

Final
Saqındık Tokalebay (Qazaxıstan) - İosif Çuniaşvili (Gürcüstan)

+80 kq
Yarımfinallar
Dmitro Borduq (Ukrayna) – Şaxrua Almatov (Özbəkistan)
Vüqar Səmədov - Arnur Axmetcanov (Qazaxıstan)

Final
Şaxura Almatov (Özbəkistan) - Vüqar Səmədov

DİGƏR XƏBƏRLƏR

Top