Siqaret hər il 7 milyon insanı öldürür

Siqaret çəkmək və digər tütün məhsullarından istifadə dünyada hər il 7 milyon insanın ölümünə səbəb olur. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində deyilir. Məruzədə bildirilir ki, tütün qəbulu ilə bağlı xəstəliklər dünyada insanların səhhəti üçün ən böyük təhlükələrdən biridir. ÜST bütün dünyadakı hökumətləri tütündən istifadəyə nəzarət üzrə ciddi tədbirlər görməyə çağırır: “Tütün yoxsulluğu gücləndirir, iqtisadi səmərəliliyi azaldır və havanın çirklənməsinə gətirib çıxarır. İstifadə olunmuş tütün məmulatlarının tərkibində 7 min zəhərli kimyəvi maddə var, bunlar ətraf mühiti məhv edirlər”.

DİGƏR XƏBƏRLƏR

Top