Şri-Lankadakı daşqınlarda 91 nəfər ölüb, 110 nəfər itkin düşüb

Şri-Lankada leysan yağışlar səbəbilə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb, daha 110 nəfər itkin düşüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkənin Fövqəladə hallara reaksiya vermə mərkəzinin nümayəndəsi deyib. Onun sözlərinə görə, ucqar rayonlardan məlumatlar daxil olduqca ölənlərin sayı artır. Daha əvvəl verilmiş məlumatda 25 nəfərin öldüyü, 42 nəfərin isə itkin düşdüyü bildirilir. Şri-Lankada leysan yağışları artıq iki gündür davam edir.

DİGƏR XƏBƏRLƏR

Top