Ərdoğanın göstərişi ilə Türkiyədə stadionların adı dəyişdiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli stadionlardan “arena” adının götürələcəyini bəyan edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti bildirib ki, bununla bağlı nazirlərə müvafiq tapşırıqlar verib. O deyib: “Biz arenaların əleyhinəyik və nazirlərə də göstəriş verdim. Arena adını stadionlardan götürəcəyik. Bura Kasımpaşada adımın verildiyi stadion da daxildir. Arenalarda nələrin edildiyini bilrisiniz, elə deyilmi? İnsanları kimlərə parçaladıldığı məlumdur. Açın arenanın nə məna verdiyinə baxın. Bizim dilimizdə belə bir şey yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top