Argentina yığmasına yeni baş məşqçi gətirildi

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli Argentina yığmasına rəhbərlik edəcək. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Argentina Futbol Assosiyasının “Tvitter”dəki rəsmi səhifəsində məlumat yerləşdirilib. Məlumata əsasən, İspaniya klubu ilə prinsipial razılıq əldə olunub. Bütün rəsmi kağızların iyunun 1-dək imzalanacağı gözlənilir. Razılaşmanın maliyyə detalları açıqlanmır. Bununla belə qeyd edilir ki, tərəflər sazişdən məmnun qalıblar. Daha əvvəl verilmiş məlumatda bildirilirdi ki, “Sevilya” X. Sampaolini 1,5 milyon avro məbləğində kompensiyaya görə Argentina yığmasına buraxacaq.

DİGƏR XƏBƏRLƏR

Top