Estoniya iki rus diplomatı ölkədən qovur

Rusiyanın Estoniyanın Narva şəhərindəki baş konsulu Dmitri Kazennov və konsul Sergey Surqayevə nota verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bundan sonra onlar Estoniya ərazisini tərk etməlidirlər. Estoniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sandra Kamilova məlumatı təsdiq etsə də, onu şərh etməkdən imtina edib. Rusiyanın Estoniyadakı səfirliyi də diplomatların ölkədən çıxarılmasını şərh etməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Tallinin bu qərarını növbəti qeyri-dost və əsassız akt adlandırıb. Nazirlik bunun cavabsız qalmayacağını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top