Qarabağda daha bir erməni əsgəri öldürülüb

Bu gün yerli vaxtla saat 11.45-də Qarabağda, cəbhənin şimal istiqamətində erməni əsgər ölümcül güllə yarası alıb. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, müqavilə ilə hərbi xidmətini davam etdirən 21 yaşlı hərbi qulluqçu Armen Rafikoviç Arutyunyan Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürülüb. Hazırda Ermənistan hərbi prokurorluğu tərəfindən baş verən hadisə ilə bağlı təhqiqat aparılır. Qeyd edək ki, bu son bir ayda qoşunların təmas xəttində atəşkəsin pozulması və ya digər səbəblərdən öldürülən sayca 4-cü erməni əsgəridir. Arutyunyanın həmçinin Azərbaycan tərəfindən məhv edilən "Osa" zenit-raket kompleksindəki öldürülən 5 əsgərdən biri olduğu ehtimal edilir. Ermənistan müdafiə nazirliyi bu faktı gizlətmwyə çalışaraq bundan əvvəl öldürülən digər iki əsgərin qeyri-döyüş şəraitində həlak olduğunu bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top