İlham Əliyevə göndərilən 3 məktub arasındakı fərq...

"28 may Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. Bunlardan 3-ü nəzərdən keçirtdim və fərqi açıq müşahidə etdim". "Yeniavaz.com" saytının xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

"Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına təbrik məktubunda yazıb ki, Azərbaycan iqtisadiyyatda və sosial sahələrdə uğurlar qazanıb. Putinin ən yadda qalan cümləsi budur: "Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır".

Gələk ABŞ prezidenti Donald Trampın İlham Əliyevə göndərdiyi məktuba. Aydındır ki, Trampın Putin qədər Cənubi Qafqaz və Azərbaycan haqqında detallı bilgisi yoxdur. Buna baxmayaraq, Trampın müşavirlənin hazırladığı məktubda da önəmli məqamlar var. Birincisi, məktubda deyilir ki, Amerika ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırlar. İkincisi, "biz Azərbaycan xalqının yanındayıq" deyilən məktubda Azərbaycan Avropanın yeni enerji mənbəyi adlandırılır. Üçüncüsü, Trampın məktubunda Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyi bildirilib. Belə baxanda Trampın məktubunda Azərbaycanla əməkdaşlığın konkret iqtiqamətləri vurğulanıb. Putinin məktubunda bu detallar yoxdur, ümumis sözlər var. Putinin məktubunda heç Dağlıq Qarabağ xatırlanmır".

E. Şahinoğlu bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko isə Qarabağ məsələsində fikrini konkret ifadə edib: "Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək".

"Nə Putinin, nə də Trampın məktubunda Azərbaycanın ərazi bütövlüyü barədə bu qədər açıq ifadə yoxdur", - deyə politoloq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top