“Bakı Ürək Günləri” keçirilir - FOTOLAR

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən 26 may 2017-ci il tarixində "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçirildi. "Yeniavaz.com" xəbər veriri ki, konqres iştirakçıları bu gün saat 12:00-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunub.

Qeyd edək ki, iki gün (26-28may) davam edəcək konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top