Baş redaktorun "Space"dən getməsinin əsl səbəbi BİLİNDİ - AÇIQLAMA

"Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün" İnformasiya Proqramının baş redaktoru, tanınmış telejurnalist Elman Gədikli vəzifəsindən azad olunub. "Yeniavaz.com" xəbər verir ki, keçmiş baş redaktor Elman Gədiklini işdən getmə səbəbini ölkə.az-a açıqlayıb.

E.Gədikli bildirib ki, əsəblərində problem yarandığı üçün belə qərar verib: "Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa "Space"ə qayıtdım".

Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: "Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".

"Space" kanalının prezidenti Vaqif Mustafayev aznews.az-a açıqlamasında bildirib ki, Elman Gədikli öz ərizəsi əsasında işdən çıxıb:

"Heç bir qovulma faktından söhbət gedə bilməz. Elman Gədiklinin bizdə ərizəsi var. Yazılıb ki, öz xahişimlə məni tutduğum vəzifədən azad edin. Onun kanalda Təhsil Nazirliyi ilə bağlı yayımlanan süjetə görə işdən azad edilməsi yalan xəbərdir."

Bu gün mətbuatda yayılan xəbərlərə görə, Elman Gədiklinin işdən çıxarlmasına səbəb "Space"də Təhsil Nazirliyi ilə bağlı tənqidi süjetin getməsidir. Məlumatda bildirilir ki, həmin süjetdən sonra Təhsil naziri Mikayıl Cabbarov "Space"nin rəhbərliyinə zəng edib, narazılığını ifadə edib. Həmin zəngdən sonra rəhbərlik Elman Gədikli ilə vidalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top