Rusiyaya getmək üçün yeni vizalar çıxarıldı

Rusiya Dövlət Duması əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti qalmaq məqsədilə icazə alması üçün Rusiyaya giriş üzrə yeni vizanın tətbiq edilməsi haqqında qanunu qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun Rusiyada müvəqqəti qalmaq icazəsi almış xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusyaya giriş və çıxışının onların şəxsiyyətlərini təsdiq edən həqiqi sənədlər, habelə müvəqqəti qalan şəxsin vizası əsasında həyata keçirilməsini nəzərdə turtur. Bunlar Rusiyanın beynəlxalq müqavilələri və ya Rusiya Prezidentinin fərmanları ilə nəzərdə tutulmayan əlavə hallardır.

Qanun Rusiyaya giriş üzrəadi vizalara yeni vizanı – müvəqqəti qalmaq üzrə icazənin alınması üçün Rusiyaya giriş - əlavə edir. Bu cür viza əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə 4 ay müddətinə veriləcək. Vizanın verilməsində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının onlara ölkədə müvəqqəti qalmağa icazənin verilməsi haqqında qərarı olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top