Dərman şirkətindən Azərbaycan dilinə qarşı hörmətsizlik - FOTOFAKT

Apteklərdə satılan "Reviforce" adlı dərmanın içlik vərəqəsindəki qeydlərdən heç nə başa düşülmür. "Yeniavaz.com"a müraciət edən vətəndaşlardan biri bildirir ki, həkim məsləhəti əsasında aptekdən aldığı "Reviforce" adlı dərmandan necə istifadə edəcəyini bilmir. Səbəb isə odur ki, içlik vərəqəsində Azərbaycan dilində yazıldığı qeyd olunan məlumatlardan heç nə başa düşülmür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova ilə əlaqə saxladıq.

Mütəxəssisin sözlərinə görə bu dərman deyil: "Biz bazada yoxladıq, bu bioloji aktiv əlavədir. Yəni, uşaq qidasına əlavədir. Bunun içliyinə biz nəzarət etmirik".

Onu da qeyd edək ki, oxunması mümkün olmayan içlik vərəqəsində satılan məhsulun "dərman" olduğu qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top