Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Yurdum-Yuvam Məskənimsən” 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. BMU-nun rektoru, professor Havar Məmmədov 28 May Respublika Günü ilə əlaqədər olaraq tələbə müəllim heyətini təbrik edib. Sonra rektor Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aydan sonra süquta uğramasının səbəblərindən bəhs edib. Rektor müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycan xalqının özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoyub, yenidən istiqlalına qovuşaraq müstəqil dövlətini bərpa edib və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşulub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, ölkəmizi inkişaf etdirir.

Rektor çıxışında Bakı Mühəndislik Universitetinin fəaliyyətindən də söz açıb. O, bildirib ki, ölkəmizin çiçəklənməsi ilə yanaşı, universitetimiz də inkişaf etməkdədir: "Universitetimizin tələbələri dünya və yerli olimpiyadalarda iştirak edir, gözəl nailiyətlər əldə edirlər. Sonda rektor bayram münasibəti ilə tələbələri təbrik edib".

Tədbirdə universitetin tələbələrindən ibarət rəqs, xor kollektivinin ifasında mahnı və rəqs nümunələri nümayiş olunub.

DİGƏR XƏBƏRLƏR

Top