Gürcüstanın NATO-ya üzvlüyü dəstəklənir

NATO Parlament Assmbleyasının yaz sessiyasının Tbilisidə keçirilməsi Gürcüstanın bu hərbi alyansa üzv qəbul edilməsinə hər hansı maneənin olmayacağını göstərir. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu Tbilisidə öz işinə başlayan NATO PA sessiyasında iştirak edən hərbi alyansın rəsmisi Uilyam Laxo deyib: " NATO-ya üzv bütün ölkələr Gürcüstanın bu quruma üzv olmasına dəstək verirlər. Bizim sessiyamızın Tbilisidə keçirilməsi də məhz Gürcüstanın bu quruma üzvlüyünə dəstək məqsədi daşıyır. Belə hesab edirəm ki, Gürcüstanın NATO-ya üzv olacağı vaxt uzaqda deyil".

Öz növbəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze də NATO PA sessiyasının Tbilisidə keçirilməsinin ölkəsinin təhlükəsizliyinə verilən dəstək olduğunu söyləyib: "NATO-ya üzv olmaq Gürcüstanın seçimidir və xalq bunu dəstəkləyir".

Qeyd edək ki, NATO PA-nın yaz sessiyasında quruma üzv 25 ölkənin nümayəndə heyəti, 600 nəfərdən artıq qonaq iştirak edir. Bundan əlavə 4 gün davam edəcək sessiyanın gedişini işıqlandırmaq üçün 300 nəfərdən artıq yerli və xarici jurnast qeydiyyatdən keçib.

DİGƏR XƏBƏRLƏR

Top