Vərəm dispanserində baş verən biabırçılığa Nazirlikdən AÇIQLAMA - VİDEO

Salyan Rayonu Vərəm Dispanserinin xəstəsi Coşqun Nuriyev bildirib ki, xəstəxanada onlara normal yemək verilmir.

Bu barədə Nuriyev Kanal 13-ə şikayət məktubu göndərib. O, bildirib ki, gündəlik onlara çörək və süddən başqa heç nə verilmir. Şikayətçi xəstəxanada baş verənləri kameraya çəkərək kanala göndərib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məsələ ilə bağlı Kanal13-ə açıqlama verərək deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Onlara dövlət tərəfindən hər cür şərait yaradılıb. Xəstələr həm dərman maddələri, həm də qida ilə təmin olunurlar".

verem

DİGƏR XƏBƏRLƏR

Top