Ronaldonu cərimə və həbs gözləyir

“Real” Madridin hücumçusu Kriştiano Ronaldonu 8 milyon avro məbləğində cərimə və 4 il müddətinədək həbs cəzası gözləyir. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, bu onunla əlaqədardır ki, futbolçu 2011-2014-cü illər ərzində vergi ödəməyib və nəticədə xəzinədarlıq 8 milyon avro itirib. Hazırda İspaniyada məsələ ilə bağlı təhqiqat aparılır. K. Ronaldonun vergidən yayınmasına dair Vergilər Nazirliyinin dəlilləri var. Bununla belə portuqaliyalı ulduz futbolçu ilə necə davaranmaqla bağlı müəfəttişlərin yekdil fikri yoxdur. Bəziləri hesab edir ki, K. Ronaldoya qarşı yalnız inzibati xətalar üzrə iş açmaq lazımdır. Xatırladaq ki, daha əvvəl “Barselona”nın forvardı Lionel Messi vergidən yayındığına görə məhkəmə tərəfindən 21 ay həbs cəzasına məhkum edilib. Lakin İspaniya qanunvericiliyinə əsasən, o, cəzasını həbsxanada çəkməyə məcbur deyil.

DİGƏR XƏBƏRLƏR

Top