Azərbaycanda SPİD-ə yoluxanların sayı kəskin artıb - RƏSMİ MƏLUMAT

Son 10 il ərzində Azərbaycanda Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS- rus. SPİD) yoluxanların sayı kəskin şəkildə artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik məlumatlara istinadən bildirir ki, Azərbaycanda 5439 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub və bunlardan 1682 nəfəri xəstəliyin son mərhələsi hesab olunan QİÇS daşıyıcısı hesab olunur. 10 il əvvəl isə ölkədə İİV-ə yoluxanların sayı bundan 6,2 dəfə az - 870 nəfər, QİÇS-li xəstələrin sayı isə bundan 10,1 dəfə az - 166 nəfər olub. Onu da qeyd edək ki, QİÇS daşıyıcıları arasında 1 nəfərin 18 yaşı tamam olumayıb.

Məlumat üçün bildirək ki, QİÇS insanın immunçatışmazlığı virusuna (İİV) yoluxması nəticəsində meydana çıxır və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. Bu virusa yoluxan insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar və bu xəstəliklər ölümlə nəticələnir.

İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV ilə yoluxan şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülüb.

DİGƏR XƏBƏRLƏR

Top