Dağ kəndindəki uşaqlara kitab göndərmək istəyirsiniz? VİDEO

Qubanın dağ kəndlərinə kitab hədiyyə edə bilərsiniz. "Yeniavaz.com" xəbər verir ki, bu "Kitabsevərlər" qrupunun 15-ci nəşri olan Maksim Qorkinin "Mən necə oxumuşam" kitabıdır. "Kitab al, kitab qazandır" adlı layihənin iki şərti var:

1. Əsas şərt
Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsınız, sizlər tərəfindən alınan hər 2 kitaba görə, 1 kitab hədiyyə üçün ayrılır. Yəni, özünüzə almaqla kənd uşaqlarına kitab qazandırmış olursunuz.

2. Könüllü yardım
Hər kəs istəsə təqdimat günü məktəb ləvazimatı, dərslik və uşaqlar üçün bədii kitablar da gətirərək həmin uşaqlara göndərə bilər. Dərslik və kitablar işlənmiş də ola bilər.

Qeyd edək ki, təqdimat iyunun 11-i saat 14:00-dan 17:00-dək Elmlər Akademiyasının qarşısındakı Hüseyn Cavid parkında, açıq havada təşkil olunacaq. Kitabın qiyməti 3 manatdır.

Kampaniya barədə aşağıdakı videoda daha geniş məlumat verilib.

video

DİGƏR XƏBƏRLƏR

Top