Azərbaycanda gənc aşıqların müsabiqəsi keçirilir

Azərbaycanda gənc aşıqların müsabiqəsi keçirilir. Müsabiqəyə mayının 20-dən start verilib. Layihənin rəhbəri, əməkdar mədəniyyət işçisi aşıq Ulduz Sönməz bildirib ki, Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə Gədəbəydə start götürüb. Müsabiqə Şəmkir, Qazax, Tovuz rayonlarını əhatə edəcək. Beş gün müddətində gənc istedadlı aşıqlar seçiləcək. Onları aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti dəyərləndirəcək, 15-35 yaş arasında şəxslər seçiləcək. Qeyd edək ki, bu, gənc aşıqların ikinci müsabiqəsidir. Ötən il sadəcə Gədəbəydə keçirilən müsabiqədə ilk üç yerə layiq görülənlərə pul mükafatı, digər üç nəfərə isə həvəsləndirici mükafat kimi saz hədiyyə edilib.Apa

DİGƏR XƏBƏRLƏR

Top