İnsanların ciblərində qəpiyin tapılmadığı ölkə

Hazırda İsveç dünyada praktiki olaraq tam nağdsız hesablaşmaların aparıldığı yeganə ölkədir. “Yeniavaz.com”un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, İsveçdə tədavüldəki əskinas və qəpiklərin sayı 1990-cı ilin əvvələrindəki səviyyəyə qayıdıb. Bu barədə İsveçin “Riksbank”ın hesabatında deyilir. Hesabata əsasən ölkədə tədavüldəki əskinas və qəpiklərin dəyəri 56,8 milyard kron (6,4 milyard dollar) təşkil edib. Bununla belə, nağdsız formada vəsaitlər daxil olmaqla məcmu pul kütləsi artmağa davam edib. Nəticədə nağd vəsaitlərin payı 2 faizədək azalıb. 2007-ci ildən bəri tədavüldəki əskinas və qəpiklərin dəyəri təqribən 40 faiz azalıb. 2009-cu il sentyabrın 23-də helikopterin köməkliyi ilə pulların saxlanıldığı yerin qarət edilməsindən sonra nağd vəsaitlərin sayı sürətlə azalmağa başlayıb. Qarətçilərin 7-si həbs edilsə də, demək olar oğurlanmış pulların hamısı (təqribən 6,5 milyon dollar) tapılmayıb. Nağdsız hesablaşmaların sayının artması İsveçdə bank qarətlərinin sayını kəskin azaldıb. Ölkədə 2008-ci ildə 110 bank qarəti qeydə alındığı halda, 2011-ci ildə bu rəqəm 16, 2012-ci ildə cəmi 5 olub.

İndi İsveçdə istənilən ödənişləri krdit və debet kartları, eləcə də ölkənin iri banklarına məxsus olan “Swish” mobil əlavəsinin köməkliyi ilə həyata keçirmək mümkündür. 10 milyon isveçlidən 5,4 milyonu onlardan istifadə edir. Hətta yerli kilsələr ödənişləri kredit kartları və “Swish” vasitəsilə qəbul edir. İanələrin məbləği artıb, çünki insanların ciblərində tapa biləcəyi qəpik-quruş məhduddur. Bank hesablarındakı nağd vəsaitlərin yerləşdirililməsi ilə bağlı xərclər isə azalıb. Ölkənin iri banklarında – SEB, Swedbank, Nordea Bank – indi nağd pullarla praktiki olaraq əməliyyatlar ümumiyyətlə həyata keçirilmir. İşəo yerə çatıb ki, hətta Stokholmda evsiz insanlar da ödənişləri 2013-cü ilin oktyabrından kartlar vasitəsilə qəbul etməyə başlayıblar, çünki yoldan ötənlərin əksərinin cibində 50 kron (5,7 dollar) yoxdur.

Qeyd edək ki, dünyada ən qədim mərkəzi bank sayılan İsveçin “Riksbank”ı ilk dəfə 1661-ci ildə kağız əskinaslar buraxıb. İsveç hələ 30 il bundan əvvəl çeklərdən imtina edib. Hərçənd ABŞ-da onlardan hələ də istifadə edirlər. 2016-cı ildə isə ölkənin Mərkəzi Bankı virtual valyutanın tətbiqi üzərində işləməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top