“Kurtlar Vadisi” nə zaman ekranlarda olacaq? - FOTO

“Kurtlar Vadisi”ndəki Polat Alemdar obrazı ilə milyonların sevgisini qazanmış Necəti Şaşmaz bu günlərdə maraqlı açıqlamalar verib. O, mətbuata açıqlama verərək bildirib ki, çoxdan gözlənilən “Kurtlar Vadisi Vətən” filmi sentyabrın sonunda ekranlara çıxacaq. 4-8 həftədən sonra isə yenidən “Kurtlar Vadisi” serialına start veriləcək.

Necati Şaşmaz filmlə bağlı detallı açıqlama verməyəcəyini, lakin filmin adından əslində bütün hər şeyi anlaşıldığını da qeyd edib: “Adı üstündə, vətən... Bundan əvvəl biz “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Fələstin” kimi filmlərə imza atmışdıq. İndi isə filmin adını “Vətən” qoyaraq, qısa bir zamanda yaşadığımız sıxıntı və olaylardan söz açmağa çalışmışıq. Filmin izləyicilər tərəfindən həyəcanla gözlənildiyini bilirik. Ümid edirik ki, bütün Türkiyə bu filmi izləyəcək”.

Necati Şaşmaz həmçinin qeyd edib ki, yaratdığı obraz təkcə Türkiyənin deyil, həm də Orta Şərq ölkələrinin qəhrəmanıdır: “Bunu özləri də hiss edirlər. Biz izləyicilərimiz ilə təkcə serialdakı aksion səhnələri ilə deyil, daxilən də onlarla təmas qura bilirik. Məsələn, serialda “Ömər baba” obrazımız var, hansı ki, atalar övladları söz, nəsihət dinləsin deyə birlikdə serialı izləyirlər. Mənim üçün unudulmaz bir xatirə var. Quzey Kiprdə yola ilə gedərkən bir pərəstişkarımın atası qarşıma çıxdı. Mənə sarıldı və dedi: “Oğlumla bərabər sizi seyr edirdik. Təəssüf ki, oğlumu itirdim və məni həyata siz bağladız. Çünki hər çərşənbə günü sizi izlədiyim zaman oğlumu yanımda hiss edirdim. Ümid edirəm ki, serialınız heç vaxt bitməz”.

DİGƏR XƏBƏRLƏR

Top