Yaralı fil ona güllə atanı öldürüb

Dünyada ən tanınmış ovçulardan biri hesab edilən Teynis Bota Zimbabvedə fil ovlayarkən faciəli bir ölümün qurbanı olub. "Yeniavaz.com"un kp.ru-ya istinadən verdiyi məlumata görə, Teynis Botanın güllə ilə yaraladığı fil onun üstünə yıxılıb. Nəticədə Bota belə demək mümkünsə filin altında qalaraq xurd-xəşil olub. Baş verən hadisə ilə bağlı "Mirror" qəzetinin yazdığına görə, Bota ov zamanı 3 dəfə filə atəş açıb. Yaralı fil qəzəbli şəkildə Botanın üstünə şığıyıb. Bunu görən Botanın ovçu yoldaşı dərhal filə atəş açıb. Botanı ayaqları altında əzməyə hazır olan fil bu atəşdən sonra onun üzərinə yıxılıb. Qeyd edək ki, Cənubi Afrika Respublikasından olan Bota Theunis Botha Big Game Safaris and Hounds ov turları təşkilatının sahibi olub. O hər il dünyanın müxtəlif ölkələrindən olan həvəskar ovçular üçün ov turları təşkil etməklə məşğul idi. Teynis Botanın belə bir şəkildə ölümü sosial şəbəkələrdə fərqli ajiotajlara səbəb olub. Bəziləri ovçunun belə bir ölümünün qanunauyğun olduğunu və onun bunu haqq etdiyini yazırlar. Çünki bu günə kimi Bota saysız-hesabsız heyvanların həyatına son qoyub. Çox az sayda adam isə Botanın faciəli ölümündan kədərləndiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top