Avropada Hepatit A virusuna yoluxma halları artıb

Avropanın 13 ölkəsində Hepatit A virusuna yoluxma halları artıb.

2016-cı ilin iyun ayından etibarən 674 virusa yoluxma halı qeydə alınıb.

Virusa yoluxma halları Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, İrlandiya, Hollandiya, Portuqaliya, İspaniya və İsveçdə qeydə alınıb.

Qeyd edək ki, xalq arasında "sarılıq" kimi tanınan Hepatit A virusu çirkli sulardan, əllərdən, qida məhsullarından keçən qaraciyər xəstəliyidir. Onun inkubasiya müddəti 28 gündür. Report

DİGƏR XƏBƏRLƏR

Top