Çin alimləri ayda yaşayış üçün eksperiment keçirməyə başlayıb

Çin alimləri ay şəraitində yaşamağı və işləməyi nəzədə tutan növbəti eksperiment keçirməyə başlayıblar. "Yeniavaz.com"un Rusiya mətbuatına əsasən verdiyi məlumata görə, eksperiment çərçivəsində 4 nəfər könüllü, iki qadın, iki nəfər də kişi ay şəraitinə uyğun şəkildə xüsusi modeldə yaşamağa başlayıblar. Bu məqsədlə hazırlanan "Yuequn-1" (Ay məbədi-1) modululu çox da böyük olmayan kabinədən və 42 kvadrat metrlik yataq, istirahət və hamam otaqlarından ibarətdir. Könüllülər bu şəraitdə 60 gün yaşayacaqlar. Sonra onları digərləri əvəz edəcək. Onların isə ay şəraitinə uyğun şəkildə modulda 200 gün yaşaması planlaşdırılıb. Qeyd edək ki, modulda həmçinin hər biri 50-60 metr olan iki istixana var. Məqsəd istixanada yetişdiriləcək tərəvəzlə modulda yaşayanların ehtiyaclarını qismən ödəməkdir. Əgər eksperiment uğurla başa çatsa, onda Çin növbəti mərhələdə ayda analoji modulun təcrübəsindən istifadə edərək oranı məskunlaşdırmağa başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top