NASA-dan dünyanı həyəcanlandıran kəşf

Elm adamları günəş sistemindəki Neptuna oxşayan və planetlər haqda bəzi suallara cavab verə biləcək yeni planet tapıblar. "Yeniavaz.com" xarici KİV-ə istinadən xəbər verir ki, dünyadan 430 işıq ili uzaqlıqda olan və açıq göy üzünə sahib olan yeni planetin tamamilə hidrogen və heliumdan ibarət atmosferi var. Yeni planet Neptunla eyni ölçüdədi. Ancaq Günəşə Neptundan daha yaxın olduğuna görə, daha istidi. Bu planet günəş sistemlərinin yaranması və necə inkişaf etməsini öyrənməyə kömək ola bilər. Bəzi fəqlilikləri və planetin necə yarandığını öyrənmək və öz günəş sistemimizin necə meydana gəldiyini başa düşməyimizə yardımçı ola bilər. NASA-nın elm adamları ilə birlikdə işləyən Ekseter Universitetinin professoru Devid Sinq bunları deyib: "Bu yeni kəşf bizi çox həyəcanladırdı. Daha əvvəl bildiklərimizin əksinə çox fərqliliyin olduğunu göstərir. Bu "isti Neptun", öyrəndiyimiz qədərilə kiçik planetdir".

DİGƏR XƏBƏRLƏR

Top