Kaliforniyada 6 kq 120 qram ağırılığı olan uşaq doğulub - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Mersed şəhərinin sakini Cenna Reyes 6 kiloqram 120 qram ağırlığında olan uşaq dünyaya gətirib. "Yeniavaz.com" xarici mətbuata istinadən bildirir ki, 59 sm boyu olan bu pəhəlvan oğlan uşağı görənlərin hamısını heyrətdə buraxmaqdadır. Uşağın təbii yolla dünyaya gələ bilməyəcəyini öncədən müəyyən edən həkimlər qeysəriyyə əməliyyatına əl atmalı olublar. Ağır çəkili bu uşaq bir həftə ərzində həkimlərin xüsusi nəzarəti altında olub. Reymond adı verilən bu pəhləvan uşağın anası Cenna deyir ki, körpəsi 6-8 aylıq uşaqlardan böyükdür. O Reymonddan əvvəl dünyaya gətirdiyi uşaqların da çəkisinin normadan xeyli artıq olduğunu söyləyib. Xatırladaq ki, Reymond ağır çəkidə doğulan yeganə uşaq deyil. Bu ilin fevral ayında Çində 7 kiloqram çəkisi olan uşaq doğulub. 2009-cu ildə isə İndoneziyanın Sumatra adasında 8,7 kiloqram ağırlığı olan uşaq doğulmuşdu.

korpe

DİGƏR XƏBƏRLƏR

Top